Cümə axşamı, May 16, 2024
Əsas SəhifəBlogTarix8 Mart Beynəlxalq Qadınlar Gününü

8 Mart Beynəlxalq Qadınlar Gününü

Beynəlxalq Qadınlar Günü hər il 8 Martda qeyd olunan beynəlxalq gün və qadınların siyasi və ictimai maarifləndirmə, hüquq və bərabərlik tələbi uğrunda mübarizə apardığı gün hesab olunur.

Beynəlxalq Qadınlar Gününün kökləri 20-ci əsrin əvvəllərinə gedib çıxır. 1908-ci ildə ABŞ-da 15.000 qadın daha yaxşı iş şəraiti, seçki hüququ və ayrı-seçkiliyə qarşı mübarizə üçün Nyu Yorkda nümayiş keçirdi. Bir il sonra, 28 fevral 1909-cu ildə ABŞ-da Milli Qadınlar Günü kimi qeyd olundu.

1910-cu ildə Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Sosialist Qadınların Beynəlxalq Konfransında 8 Martın Beynəlxalq Qadınlar Günü kimi qeyd olunması təklif olunub. Bu təklif konfransda iştirak edən 17 ölkə nümayəndəsi tərəfindən bəyənilib.

Beynəlxalq Qadınlar Günü İkinci Dünya Müharibəsi zamanı mühüm rol oynadı və bir çox ölkələr qadınların sosial, siyasi və iqtisadi hüquqları uğrunda mübarizə apardılar.

Bu gün Beynəlxalq Qadınlar Günü bütün dünyada qeyd olunur və mübarizə qadınların bərabər hüquqları, gender bərabərliyi və qadınların bütün sahələrdə təmsil olunması uğrunda aparılır.

ƏLAQƏLİ MƏQALƏLƏR

Ən məşhur postlar