Your shopping cart

ABA Terapiya (Tətbiqi Davranış Analizi)

aba-terapiya-tetbiqi-davranis-analizi

Tədbir məlumatları

Salam, dostlar!

Mütəxəssisimiz Aysel İsmayılova, BDU Psixologiya fakültəsindən məzun olmuş və İtalya Sapienza Universitetində Cognitive Neuroscience üzrə magistr təhsili almışdır. Artıq uzun illərdir ki, psixologiya sahəsində fəaliyyət göstərən və müxtəlif mərkəzlərdə, o cümlədən Stimul Psixologiya Mərkəzi, Brain AcademySant'Andrea Hospital Rome kimi önəmli yerlərdə iş təcrübəsinə malikdir. Hazırda klinik psixoloq, ABA terapevt və sağlamlıq üzrə mütəxəssis olaraq fəaliyyət göstərir.

Sizləri maraqlı və faydalı təlimlərimdən biri olan ABA Terapiya (Tətbiqi Davranış Analizi) təlimimə dəvət edirik. Bu təlim, autizm və digər davranış problemləri ilə işləyən mütəxəssislər üçün xüsusi olaraq hazırlanmışdır. Təlim çərçivəsində ABA terapiya texnikalarını dərindən öyrənəcək və fərdi yanaşmalar barədə ətraflı məlumat əldə edəcəksiniz.

Təlim Məzmunu:

Modul 1:

  • Autizm nədir və yaranma səbəbləri
  • ABA terapiya haqqında ümumi məlumat
  • ABA-nın komponentləri və texnikalar
  • ABA-nın tədris metodları

Modul 2:

  • Pekiştirəçlər nədir və necə istifadə olunur?
  • Fəaliyyət cədvəllərinin uşaqlar üçün fərdi hazırlanması
  • Problem davranışların həlli yolları
  • Uşaqlarla işləyəcək proqram ardıcıllıqlarının yazılması

Təlimin Keçirilmə Qrafiki:

Təlimlər həftədə 1 dəfə 2 akademik saat(90 dəqiqə), 2 ay ərzində davam edəcək. Burada qazandığınız bilik və bacarıqlar sizin peşəkar inkişafınıza böyük töhfə verəcək.

Bu təlim sayəsində, siz ABA terapiya ilə bağlı ən son metodları öyrənərək, autizm və digər davranış pozuntularında uğurlu nəticələr əldə etməyi öyrənəcəksiniz.

Əgər siz də psixologiya sahəsində öz biliklərinizi artırmaq və daha da dərinləşdirmək istəyirsinizsə, bu fürsəti qaçırmayın!

  • Başlama tarixi2024-11-03
  • Bitmə tarixi2025-01-03
  • Tədbirin müddəti1.5 saat
  • MəkanAzərbaycan
  • Tədbirin keçirilmə üsuluonline
  • DilAzərbaycan